Menu
Xəbər Lenti
Serenay Türkiyəni tərk edir
15-05-2026, 06:15

Serenay Türkiyəni tərk edir

Tramp Çinə gedir
13-05-2026, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

17 May 10:34Manşet / Siyasət

“Milli hökumətlər bu prosesdə fəal iştirak etməlidirlər” - Nga Kor Minq

milli-hokumetler-bu-prosesde-feal-istirak-etmelidirler

“Bu gün dünyanın qarşısında duran əsas çağırışlardan biri hər kəs üçün əlçatan, təhlükəsiz və dayanıqlı yaşayış mühitinin yaradılmasıdır. Bu məsələ yalnız texniki yanaşma deyil, insanların rifahına və gələcəyinə xidmət edən strateji istiqamətdir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının hazırkı prezidenti, Malayziyanın mənzil və yerli idarəetmə naziri Nga Kor Minq Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündəki çıxış zamanı səsləndirib.

O bildirib ki, yeni şəhərsalma gündəliyi ilə bağlı qlobal çağırışlar artıq yalnız bəyanat səviyyəsində qalmamalı, konkret fəaliyyətlərlə müşayiət olunmalıdır. Onun sözlərinə görə, həm milli hökumətlər, həm də yerli idarəetmə orqanları bu prosesdə fəal iştirak etməlidirlər.