“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“Baku Urban Award” adlı yeni mükafat təsis edilir” - Komitə sədri

“Bu ildən etibarən “Baku Urban Award” adlı yeni mükafat da təsis edilir. Gələcək Dünya Şəhərsalma forumları çərçivəsində həmin mükafatın təqdimetmə mərasimlərinin keçirilməsi nəzərdə tutulur”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Anar Quliyev qeyd edib ki, nazirlərin iclası da ilk dəfə fərqli formatda təşkil olunacaq və bunun üçün ayrıca xüsusi məkan ayrılıb. Bundan əlavə, forum çərçivəsində digər yeniliklər və müzakirə platformaları iştirakçılara təqdim ediləcək.
“Bu gün Bakı dünyanın müxtəlif ölkələrindən gələn qonaqları qəbul etməyə, şəhərsalma və urbanizasiya sahəsində ən aktual məsələlərin müzakirəsi üçün əlverişli şərait yaratmağa hazırdır. Eyni zamanda, Azərbaycanda, xüsusilə Bakıda həyata keçirilən layihələr və görülən işlər barədə də qonaqlara ətraflı məlumat veriləcək”, – deyə Komitə sədri əlavə edib.






















































