Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

24 Tem 09:08Manşet / Gündəm / Sosial

Sığınacaqdakı peşə məktəbinin tikintisi dayandırıldı

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin daxilində peşə məktəbinin tikintisi dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İctimai Birliyin sədri Mehriban Zeynalova paylaşım edib.

O, söküntüyə dair görüntü paylaşaraq qeyd edib ki, başlanan tikintini davam etdirməyə imkan verilməyib: “Bəzən ən çətin maneələr elə yaxşı niyyətlərin qarşısına çıxır. Bizim məqsədimiz sığınacaqda yaşayan qadın və uşaqların peşə öyrənməsi, gələcəkdə öz ayaqları üzərində dayana bilmələri üçün kiçik kurs otaqları yaratmaq idi. Təəssüf ki, başladığımız tikintini davam etdirməyə imkan verilmədi. Ümid edirik ki, nə vaxtsa bu cür təşəbbüslər əngəl kimi deyil, cəmiyyətə verilən töhfə kimi qiymətləndiriləcək”.

M. Zeynalovanın sözlərinə görə, buna səbəb tikinti ilə bağlı lazımi sənədlərin olmamasıdır: “Buna görə də layihə dayandırıldı. Ərazidəki tikililərin sənədləşmə vəziyyəti, eləcə də sığınacağın özünün sənədləşmə prosesinin hələ tamamlanmaması bu istiqamətdə ciddi çətinliklər yaratdı. Bu da bizi ehtiyatlı davranmağa məcbur etdi. Məlumatı sizinlə ona görə bölüşürük ki, peşə məktəbi layihəmizə dəstək olmaq istəyən çox sayda xeyirxah insan var idi. Buna görə də hər kəsə vəziyyətlə bağlı məlumat verməyi özümüzə borc bildik.

Hazırkı mərhələdə peşə məktəbinin tikintisi dayandırılıb və davam etdirilməyəcək. Bununla belə, ümidimizi itirmirik. İnanırıq ki, gələcəkdə bütün hüquqi məsələlər həll olunduqdan sonra bu ideyanı yenidən həyata keçirəcəyik. Qadınlar və uşaqlar üçün düşündüyümüzdən də gözəl şərait yaradılacaq”.

Sözügedən görüntüləri təqdim edirik: