Menu
Xəbər Lenti
“Biz rədd olub gedirik”
1-10-2026, 06:57

“Biz rədd olub gedirik”

05 Ekm 11:47Manşet / Gündəm

“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib

“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib

3 oktyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan HR İnstitutunun tərəfdaşlığı ilə Azərbaycan Universitetində “Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi baş tutub.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktorunun müavini Ceyhun Hüseynov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov çıxış ediblər. Onlar sahə üzrə inkişaf perspektivləri və bu istiqamətdə gənclər üçün karyera imkanlarındandan bəhs ediblər.
Daha sonra tədbir “Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” mövzusunda panel sessiyası ilə davam edib. Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynovun moderatorluğu ilə baş tutan panel müzakirəsində peşəkar təlimçilər İnsan Resursları üzrə ekspert Günel Binnətli, Öyrənmə və inkişaf üzrə ekspert Təhminə Salmanova və Əmək qanunvericiliyi üzrə ekspert Sevinc Nağıyeva iştirak ediblər.
Panel zamanı HR sahəsində karyeraya başlamaq üçün tələb olunan bilik və bacarıqlar, bu istiqamətdə ilk addımlar, əmək bazarının tələbləri və peşəkar inkişaf imkanları barədə fikir mübadiləsi aparılıb. Ardınca sual-cavab sessiyası keçirilib, iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda “Gənclər üçün HR Akademiyası” layihəsinin məzunları və təlimçiləri təltif ediliblər. Qeyd edək ki, Bakı və regionlardan 50-ə yaxın gənci əhatə edən 12 təlimdən ibarət proqramın məqsədi iştirakçıların insan resursları sahəsində karyera imkanları barədə məlumatlılığının artırılması, bu istiqamətdə tələb olunan bilik və bacarıqların inkişaf etdirilməsi, eləcə də gənclərin peşəkar inkişafına dəstək göstərilməsi olub.

Xezertv.info