Menu
Xəbər Lenti
Xankəndi Stadionu açıldı
7-11-2026, 14:08

Xankəndi Stadionu açıldı

Sürücülərin nəzərinə!
7-11-2026, 08:00

Sürücülərin nəzərinə!

Anar Rzayevə ağır itki
5-11-2026, 07:54

Anar Rzayevə ağır itki

10 Kas 07:58Manşet / Gündəm / Dünya

ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi

 

Birləşmiş Ştatlar İrandan gələn təhlükə siqnallarından sonra Böyük Britaniyadakı Kral Hərbi Hava Qüvvələrinə məxsus bazada yerləşən tanker təyyarələrini təcili şəkildə Almaniyaya və digər müttəfiq ölkələrə köçürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məsələyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ hərbi rəhbərliyi İrandan gələn mümkün təhdidlərə qarşı təhlükəsizlik tədbirlərini artırıb. Bu çərçivədə Britaniyadakı strateji bazada saxlanılan tanker təyyarələrinin başqa ölkələrə rotasiyası həyata keçirilib.

Lakin mənbələr təhdidin xarakteri, onun qəfil və ya ümumi təhlükəsizlik riski ilə bağlı olub-olmaması barədə detallı məlumat verməyiblər.

ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü WSJ-yə verdiyi açıqlamada konkret hərbi əməliyyatlar və ya təhdid detalları haqqında məlumat verə bilməyəcəyini bildirib. Bununla belə, rəsmi şəxs ABŞ hərbi təyyarələrinin əməliyyat ehtiyacları və təhlükəsizlik mülahizələri səbəbindən müxtəlif bazalar arasında tez-tez dislokasiya olunduğunu vurğulayıb.