Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12 NOYABR – AZƏRBAYCAN KONSTİTUSİYASI: MİLLİ AZADLIĞIMIZIN HÜQUQİ TƏMİNATI, DÖVLƏT MÜSTƏQİLLİYİMİZİN ƏBƏDİLİK RƏMZİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
11 noyabr 2026-cı il tarixində Çilinin paytaxtı Santyaqo şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Azərbaycan mədəniyyətinin dünyaya açılan pəncərəsi” beynəlxalq incəsənət layihəsi çərçivəsində “Arte para la diplomacia cultural: El Caspio y los Andes” (“Mədəni diplomatiya naminə incəsənət: Xəzər və And dağları”) adlı sərginin açılışı baş tutub.
11–16 noyabr tarixlərini əhatə edən sərginin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, milli-mənəvi dəyərlərini və müasir təsviri sənətini Latın Amerikası ictimaiyyətinə tanıtmaq, eyni zamanda Azərbaycan ilə Çili arasında mədəni əlaqələrin inkişafına və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verməkdir.
Beynəlxalq sərgi Azərbaycan Respublikasının Argentinadakı Səfirliyinin Santyaqodakı ofisinin, Çilinin Tarix Muzeyi və Mədəniyyət Mərkəzinin (Museo Histórico Centro Cultural), həmçinin “Dirçəliş” Gənclərin Sosial və Psixoloji Reabilitasiya Mərkəzinin (Centro de Rehabilitación Social y Psicológica para Jóvenes “Dirchelish”) dəstəyi ilə həyata keçirilib.
Sərgidə Azərbaycanı təmsil edən rəssamlar Fidan Həsənova, Süfiyə Salayeva, Yaqub Mahmudlu, Elya Seyidova, Mehriban Alışova, İlqar Əkbərov, Müjgan Paşayeva, Banu Davalı, Nilufər Tağıyeva, Emiliya Axundova, Nazlı Yusublu, Nərmin Hümbətova, Əfsanə Həbib, Raul Axundov, Cəmilə Hacıyeva və Suel Seyidova öz yaradıcılıq nümunələrini təqdim ediblər.
Təqdim olunan sənət əsərlərində Azərbaycanın milli kimliyi, tarixi yaddaşı, zəngin mədəni irsi və müasir incəsənətə fərqli yaradıcı baxışlar öz əksini tapıb. Sərgi Azərbaycan rəssamlarının yaradıcılığının beynəlxalq auditoriyaya təqdim olunması baxımından əlamətdar mədəni hadisə olub.
Layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə və Azərbaycan mədəniyyətinin Latın Amerikasında təbliğinə verdiyi töhfəyə görə Azərbaycanın Argentinadakı Səfirliyinin Santyaqo ofisinin rəhbəri Azər Mahmud oğlu Şirinova xüsusi təşəkkür ifadə olunub.
Eyni zamanda sərginin təşkilinə və keçirilməsinə verdikləri dəstəyə görə Çilinin Tarix Muzeyi və Mədəniyyət Mərkəzinin direktoru, polkovnik Dario Goldberg Jiménezə, “Dirçəliş” Gənclərin Sosial və Psixoloji Reabilitasiya Mərkəzinə və layihənin təşkilatçılarından biri İslam Baxşəliyevə minnətdarlıq bildirilib.
Azərbaycan rəssamları bundan sonra da beynəlxalq sərgilərdə və nüfuzlu incəsənət platformalarında fəal iştirak edərək ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi, zəngin mədəni irsimizi və milli incəsənətimizi daha geniş auditoriyalara tanıtmağı hədəfləyirlər. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycan incəsənətinin beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
8 Noyabr – Zəfər Gününə həsr olunan bu beynəlxalq layihə Azərbaycanın mədəni diplomatiyasının inkişafı, milli incəsənətimizin dünya miqyasında təbliği və ölkəmizin zəngin mədəni irsinin Latın Amerikası ölkələrində tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan rəssamlarının beynəlxalq sərgilərdə iştirakı milli incəsənətimizin sərhədləri aşaraq fərqli xalqları və mədəniyyətləri birləşdirmək gücünü bir daha nümayiş etdirir.






























Ulusestv.az






















































