Xəbər Lenti
20-08-2026, 18:01
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
Abşeron rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib
XX əsrdə dünyanın gözü qarşısında erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Abşeron rayonunda geniş ağacəkmə kampaniyası keçirilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq soyqırımı qurbanlarının hər birinin xatirəsinə ümumilikdə 613 Eldar şamı əkilmişdir.
Bakı-Şamaxı və Bakı-Sumqayıt yollarının Abşeron rayonuna düşən hissələrində baş tutan ağacəkmə aksiyasında yeni basdırılan ağaclara üzvi gübrə verilib, suvarılmış və lazımi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazi məişət tullantılarından təmizlənib, ümumi iməclik keçirilib.























































