Xəbər Lenti
Dün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
24 Ara 09:40Mədəniyyət
Bakılı musiqişünasın tələbələri Vyanada Yeni il münasibətilə konsert veriblər
Dekabrın 24-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Milad bayramı və Yeni il münasibətilə uşaq və yeniyetmə musiqiçilərin konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə əslən bakılı pianoçu və opera müğənnisi, musiqişünas-pedaqoq Lada Atlantovanın yetirmələri çıxış ediblər. Konsertdən əvvəl L.Atlantova koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılmasından sonra dəfələrlə Azərbaycan Mədəniyyət Mərkəzində öz yetirmələri ilə müxtəlif mövzularda konsertlər təşkil olunduğunu və bu konsert üçün də yaradılan şərait və əməkdaşlığa görə minnətdarlığını bildirib.
Moskva İncəsənət Akademiyasında opera müğənniliyi kafedrasına uzun illər rəhbərlik edən Lada Atlantovanın tələbələri konsertdə Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Konsert proqramında Milad və Yeni ilə həsr olunmuş əsərlərə də geniş yer verilib.
Avstriyadakı Azərbaycan icmasının üzvü, yeddi yaşlı Fuad İsmayılov da konsertin solistləri arasında yer alıb. Fortepianoda onun ifasında Volfqanq Amadeus Motsartın “Türk marşı“ və Pyotr İliç Çaykovskinin “Şelkunçik“ baletindən “Güllər valsı“ səsləndirilib.