Xəbər Lenti
Bugün, 09:35
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
8-10-2026, 14:31
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
26 Şub 07:58Mədəniyyət
“Azərbaycan” pavilyonunda “Xoca” filminin qapalı nümayişi keçirilib
Fevralın 25-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda azərbaycanlı rejissor Vahid Mustafayevin Xocalı soyqırımına həsr olunmuş “Xoca” hərbi filminin qapalı nümayişi keçirilib.
AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl tədbir iştirakçıları Xocalıya həsr olunmuş xatirə guşəsinin önünə gül qoyublar.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova tarixin gənc nəslə ötürülməsinin vacibliyindən danışıb. O deyib: “Biz dəhşətli faciənin qurbanlarının xatirəsini anırıq. Bu, tariximizin ən kədərli və faciəli səhifəsidir. 1992-ci ildə yatmış dinc Xocalı şəhərinə erməni silahlı birləşmələrinin hücumu yadımızdadır. Bu faciə biz azərbaycanlılar üçün başlanğıc nöqtəsi oldu”.
S.Qədirova qeyd edib ki, bu gün filmin nümayişinə gənclər dəvət olunub, çünki məhz gənclər bizim gələcəyimizi quracaq. “Biz gənc nəslin öz tarixini bilmələrini çox mühüm hesab edirik. Bu ağrı-acı bizim ürəyimizdə həmişə yaşayacaq. İkinci Qarabağ müharibəsində düşmənə Qələbə ilə cavab verdik və bütün dünya birliyinə sübut etdik ki, biz özümüzü müdafiə etməyi və müqavimət göstərməyi bacaran xalqıq”, - deyə S.Qədirova sözünə yekun vurub.
Sonra Azərbaycan alimi və tarixçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO bölməsinin dosenti Rizvan Hüseynov tədbirdə onlayn rejimdə çıxış edib.
Pavilyonda, həmçinin Xocalı hadisələrinə həsr olunmuş fotosərgi də təqdim olunub.