Menu
Xəbər Lenti
Bu gün Aşuradır
Bugün, 08:59

Bu gün Aşuradır

Neftimiz bahalaşdı
3-07-2025, 08:59

Neftimiz bahalaşdı

Azərbaycan polisi and içir
2-07-2025, 13:01

Azərbaycan polisi and içir

10 Ekm 12:24Siyasət

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı mühüm MESAJ

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı mühüm MESAJ

“Ermənistandan sülh və firavanlığa yönəlmiş yanaşma gözləyirik”.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.
O, Qarabağda qələbə münasibəti ilə bir daha Azərbaycanı təbrik edib.
“Ermənistan Zəngəzur dəhlizinin açılması başda olmaqla, verdiyi vədlərə əməl edərsə, bu ölkənin rəhbərliyi ilə mərhələli şəkildə əlaqələrimizi inkişaf etdirməyə hazırıq”, - Ərdoğan qeyd edib.
Türkiyə lideri İranı da regionda sülhün, gələcək siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə birlikdə hərəkət etməyə çağırıb.