Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
31-05-2025, 11:31

Xəzərdə zəlzələ oldu

Sabah 36 dərəcə isti olacaq
31-05-2025, 11:21

Sabah 36 dərəcə isti olacaq

Saleh Səmədov həbs edildi
31-05-2025, 11:17

Saleh Səmədov həbs edildi

Tramp onları əfv etdi
30-05-2025, 06:32

Tramp onları əfv etdi

Ceki Çan qara kəmər aldı
30-05-2025, 06:12

Ceki Çan qara kəmər aldı

Xəzərdə yeni ada yaranıb
30-05-2025, 06:00

Xəzərdə yeni ada yaranıb

Yaşıd başdaşları...
28-05-2025, 17:40

Yaşıd başdaşları...

25 Haz 12:49Manşet / Gündəm / Kriminal

TƏRLAN KƏLBİYEV İNTİHAR EDİB, YOXSA ONU ÖLDÜRÜBLƏR?

 

 Lənkəran  rayonunun  Diryan kəndində bədbəxt  hadisə  baş verib. Belə ki,  11iyun 2024-cü il tarixində  həmin kəndin sakini  Tərlan  Əfqan  oğlu Kəlbiyevin meyiti  bu yaşayış məntəqəsinə gedən yolun   2-ci kilometrliyində, təqribən  həmin yoldan 15 metr aralıda yerləşən  ağacdan asılmış vəziyyətdə,  dizləri yerə qatılmış halda aşkar olunub.


Tərlan  Kəlbiyevun  yaxin qohumları və  onun cansız bədənini görən Diryan kənd sakinlərinin qənaətinə görə,   Tərlan heç də intihar etməyib, onu  öldürüblər. İzi itirmək məqsədilə daha sonra meyiti ağacdan asıblar.


Məlumat üçün bildirək ki, 2002- ci il təvəllüdlü Tərlan Kəlbiyev  ailənin yeganə övladıdır. O, orta  təhsil aldıqdan sonra Lənkəran Peşə Liseyində  qaynaqci  peşəsinə yiyələnib. İki il  peşəsi uzrə Lənkəran rayonunda işlədikdən sonra  gözlərinin  görmə   qabiliyyəti zəiflədiyi  üçün  qaynaqçılıq fəaliyyətini dayandırıb, Bakı şəhərində şirkətdə fəhlə işləyib.


7 iyun 2024- cü il tarixində  Lənkərana gələn Tərlan köhnə iş yoldaşı Amalla rastlaşıb. Onunla  birlikdə Lerikdəki  istirahət  mərkəzlərinin birində  2 gün qaldıqdan sonra   Amalla birgə onun maşınında    Lənkərana qayıdıb. Saat 3 radələrində Amaldan ayrılarkən ona bildirib ki, şəhərin Qala Cay evində bir nəfərlə vacib görüşü var.  Sonra Tərlanın mobil telefonundan Amala  bir sira mesajlar  gəldikdən sonra həmin  gün daha Tərlan zəng çatmayıb. Tərlanın  yaxin qohumlarının və hadisəni görən şahidlərin sözlərindən, eyni zamanda həm də hadisə yerində çəkilmiş foto şəkildən belə nəticəyə  gəlmək olur ki, Tərlan intihar etməyib.


Sözu gedən hadisə ilə bağlı Lənkəran rayonunun  hüquq mühafizə orqanları tərəfindən  zəruri araşdırmalar aparılır.


                                                                           Zahid Həbiboğlu.