Menu
Xəbər Lenti
Bayramov Serbiyaya getdi
Bugün, 06:29

Bayramov Serbiyaya getdi

Azərbaycana qış gəldi
21-12-2024, 12:54

Azərbaycana qış gəldi

Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

21 Eyl 14:48Manşet / Gündəm

ABŞ-a gedəcək Zelenski Bayden və Harrisdən izn "qopara" biləcək? (ŞƏRH)

 

"Əslində, ABŞ prinsipial olaraq Kiyevə Rusiyanın dərinliklərinə zərbələr endirməsinə razılıq verib, sadəcə Vaşinqton indilikdə bir qədər ehtiyatlı davranmağa üstünlük verir”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev Ukrayna rezidenti Volodimir Zelenskinin gələn cümə axşamı Vaşinqtona olacaq səfərini şərh edərkən deyib.
Taleh Əliyev bildirib ki, Zelenskinin 26 sentyabrda ABŞ-a səfəri çərçivəsində hazırkı prezidenti Co Bayden və vitse-prezident və prezidentliyə namizəd Kamala Harrislə görüşü rəsmən təsdiqlənib:
"Amma onun respublikaçıların namizədi Donald Trampla görüş barədə əvvəlcədən Ukrayna Prezidentlik ofisi tərəfindən açıqlama verilsə də, hələlik bu haqda rəsmi məlumat yoxdur. Hesab edirəm ki, rəsmi Vaşinqton Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr vurmağa əslində prinsipial olaraq razılıq verib. Sadəcə olaraq, məsələnin rəsmiləşdirilməsi Moskvanın daha da aqressivləşməsinə gətirib çıxaracağından Amerika bu məsələdə hələlik ehtiyatla davranır. Böyük Britaniya baş nazirinin Vaşinqtona bu mövzu ilə bağlı səfəri ərəfəsində Putin bəyan etdi ki, Qərbin Kiyevə belə bir razılıq verməsi artıq NATO-nun Rusiyaya müharibə elan etməsi anlamına gələcək və ona adekvat cavab alacaqlar. Lakin Ukrayna tərəfinin son günlər müharibə meydanında atdığı addımlardan görürük ki, artıq Kiyev Qərbin bir neçə ölkəsinin verdiyi silahlardan rahatlıqla istifadə edir”. 
 
Həmsöhbətimizin fikrincə, Rusiyanı nüvə təhdidindən çəkindirmək üçün Qərb indilikdə çalışır ki, Ukrayna müharibənin gedişində ildırım sürətli irəliləyiş taktikasından istifadə etməsin:
Ad - 00:08
"Ona görə də sözügegedən məsələdə Qərb tərəfindən prosedurun uzadılmasına yönəlik açıqlamaların şahidi oluruq. Zaman keçdikcə, Ukraynanın döyüş qabiliyyəti kifayət qədər yüksələcək”.   
Ekspert qeyd edir ki, Trampa gəldikdə, o istəsə belə, müharibəni qısa zamanda dayandıra bilməyəcək:
"Trampla görüşdə onun prezident olacağı təqdirdə, Ukrayna müharibəsinə baxışının dəyişdirilməsinə gəldikdə, düşünürəm ki, hətta o istəsə də, savaşı vəd etdiyi kimi, qısa müddətdə dəyişdirə bilməz. Çünki müharibə ABŞ başda olmaqla NATO üzrə müttəfiqlərinin strateji maraqlarına cavab verən formada öz həllini tapmayınca, Prezident olacağı təqdirdə Tramp daxil heç bir güc, Qərbi müharibəni dayandırmağa razı sala bilməyəcək”. 
Siyasi şərhçi Fərhad Məmmədov isə qeyd edir ki, Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə məsələsi ABŞ-dakı seçki kampaniyasından asılı olacaq:
"Ukrayna orezidentinin səfərdə əsas məqsədi ABŞ-dan gələn maliyyə, hərbi və siyasi dəstəyin prezident seçkilərinin nəticələrindən asılılığını maksimum dərəcədə azaltmaqdan ibarətdir. Ona görə də həm Bayden, həm də Trampla görüşür. Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə gəldikdə isə, düşünürəm ki, bu seçki kampaniyasından asılıdır. Harris mövqeyini qoruyub saxlayacaqsa, onda razılıq verilməyəcək. Amma Trampın şansı artacaqsa, onda Harrisdən Ukraynadakı eskalasiyanı yeni mərhələyə qaldırmaq tələb olunacaq”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski gələn həftənin 4-cü günü Vaşinqtona gedəcək. Burada prezident Co Bayden, vitse-prezident Kamala Harris, hətta deyilənə görə respublikaçı prezidentliyə namizəd Donald Trampla da görüşəcək. Görüşdə müzakirə ediləcək məsələlər arasında ABŞ-ın Ukraynaya verdiyi silahlardan Rusiyanın dərinliklərinə zərbələr endirməsinə Ağ Evin icazə verməsi məsələsinin olacağı da gözlənilir. 
Rüfət Sultan