“Azərbaycan Alp Turan Klubu”nun yetirmələrinin 29-cu Kikboksinq üzrə Azərbaycan Çempionatında yüksək nailiyyətləri
“Saxla” əmrinə tabe olmayıb polisə bıçaqla müqavimət göstərdi - Zərərsizləşdirildi
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri (VİDEO)
Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə ÇAĞIRILDI
Rusiyada OMON-çuların işgəncə verdiyi azərbaycanlı: "Ukrayna müharibəsinə göndərmək istəyirdilər"
XİN: İranın səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
Azərbaycan Kino Agentliyi (ARKA) ilə Türkiyənin tanınmış film şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Oxu.Az-a ARKA-dan məlumat verilib.
Qeyd edilib ki, memorandum agentlik və Türkiyənin tanınmış film şirkətləri olan “Skala Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri arasında imzalanıb. Memoranduma əsasən, yaxın vaxtlarda “Qızıl qatar” (“Altın tren”) adlı Azərbaycan və Türkiyə bazarlarına çıxacaq birgə filmin istehsalı nəzərdə tutulur.
Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üçtərəfli Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, Türkiyə tərəfdən isə “Skala Film” şirkətinin İdarə Heyətinin sədri İsmayıl Bəyazid imzalayıblar.
Çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılan filmin mövzusu XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrindən bəhs edir. Xilaskar Nuru Paşanın Azərbaycana köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas süjet xəttini təşkil edir.
Qeyd edək ki, Türkiyə şirkətləri tərəfindən ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə investisiya yatırılır. Filmin maliyyə tərəfi qardaş ölkənin istehsalçıları tərəfindən həyata keçiriləcək.
Memorandumda TÜRKSOY-a üzv ölkələrdən dəstək alınması məsələsi də öz əksini tapıb.