Xəbər Lenti
Dün, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
29-06-2026, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
02 Kas 07:03Gündəm
Hərbçilərin mənzil təminatına 35 milyon manat AYRILACAQ

Gələn il Azərbaycanda dövlət büdcəsindən kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 121,7 milyon manat ayrılması nəzərdə tutulur.
Maliyyə Nazirliyi xəbər verir ki, 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçulara mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılır.




















































