Xəbər Lenti
12-12-2025, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12-12-2025, 08:58
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ölkə ərazisində dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək
Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Belə ki, Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olub.
G.Məmmədova bildirib ki, Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron yarımadasında görüntü 50-500 metrədək məhdudlaşıb. Belə hava şəraiti martın 4-ü səhərədək davam edəcək.





















































