Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

İsrail atəşkəsi pozdu
17-04-2026, 09:01

İsrail atəşkəsi pozdu

07 May 10:34Manşet / Gündəm

Bakının bir məktəbində şagirdlər yay tətilinə tez buraxılacaqlar? - RƏSMİ AÇIQLAMA

 

Respublika İncəsənət Gimnaziyasında yay tətili tədris ilinin sonunda - yəni iyunun 15-də plan üzrə başlayacaq.

Gimnaziyanın direktoru Aytən Əhmədovanın baku.ws-ə verdiyi məlumata görə, şagirdlərin təmirlə əlaqədar 189 və 190 saylı məktəblərə köçürüləcəyi məsələsi dəqiqləşsə də bunun detallarına hələ tam aydınlıq gəlməyib.

İbtidai siniflərin və yuxarı siniflərin hansı məktəbə yerləşdiriləcəkləri məsələsi hələ də dəqiqləşməyib. Direktorun məlumatına görə, bu detallar aydın olandan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

10:48

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq.

Baku.ws-in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək.

Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar.

Belə ki, İncəsənət Gimnaziyasından ibtidai siniflər növbəti təhsil mövsümünü 189 saylı, yuxarı sinif şagirdləri isə 190 saylı məktəbdə başlayacaqlar. 

İbtidai sinif şagirdləri 1-ci növbə, yuxarı sinif şagirdləri isə 2-ci növbə oxuyacaqlar. 

Gimnaziyada əsaslı təmirin 1 il ərzində yekunlaşacağı planlaşdırılır.