Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Anım Gününə həsr olunmuş şəhid və qazi övladları üçün “Xarıbülbül” payız düşərgəsi yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün keçirilən “Xarıbülbül” düşərgəsinin bağlanış mərasimi və Vətən müharibəsinin 4-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə şəhid ailələri, Vətən müharibəsi qaziləri, hərbçilər, tərəfdaş qurumların nümayəndələri, məktəblilər, media mənsubları və Füzuli sakinləri iştirak ediblər.
Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli şəhərində 4 gün müddətində maraqlı proqramla icra olunan “Xarıbülbül” düşərgəsinin ən yaddaqalan anlarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin rəsmi hissəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, düşərgə iştirakçıları – şəhid polkovnik-leytenan Həmdəm Ağayevin qızı Aysu Ağayeva, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Şükürouv oğlu Ümid Şükürlü çıxış edərək öz fikir və təəssüratlarını bölüşüblər. Çıxışlardan sonra
düşərgə iştirakçılarına sertifikatlar və hədiyyələr Vətən müharibəsində iştirak etmiş qəhrəman qazilərimiz tərəfindən təqdim olunub.
Tədbir musiqili-bədii hissə ilə davam edib. Yüksək vətənpərvərlik ruhunda keçən mərasimdə tanınmış incəsənət ustalarının və gənc musiqiçilərin ifalarında dogma yurdumuz Azərbaycana, Qarabağa, Şanlı Zəfərimizə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib.
Qeyd edək ki, 4 gün davam edən “Xarıbülbül” payız düşərgəsində şəhid və qazi övladları üçün mədəniyyət paytaxtımız Şuşa şəhərinə və Xankəndi şəhərinə ekskursiyalar, yenicə fəaliyyətə başlamış Qarabağ Universitetinə infotur, Hadrutda yerləşən N sayılı hərbi hissədə əsgərlərlə görüş, Füzuli şəhərində intellektual oyunlar, şəxsi və komanda inkişafı yönümlü təlimlər, müxtəlif şəbəkələşmə və idman oyunları, yarıdıcılıq üzrə master-klasslar təşkil olunub.






































































