DDLA nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 83-cü sessiyasında ölkəmizi təmsil etdi
"Venesiya" şadlıq sarayındakı toyda zəhərlənən müğənni danışdı: "Ölümdən qayıtdım"
"Ən böyük vəzifə İNSAN olmaqdır!" » İdman » "Rinqdəki uğurumun arxasında müəllimlərimin əməyi dayanır" – Riad Abdullayevlə müsahibə
Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş panel müzakirəsi keçirilib
Xezertv.info xəbər verir ki, 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Keçmişdən gələcəyə mədəni irsimiz” adlı tədbir keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirin açılışında GİKM-in Baş direktoru Azər Əliyev və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov çıxış edərək, mədəni irsin qorunmasının əhəmiyyəti, gənclərin fəal iştirakının vacibliyindən danışıblar. Xüsusilə işğaldan azad olunmuş torpaqlarımızda yerləşən mədəniyyət nümunələrinin bərpası və qorunması istiqamətində görülən işlər vurğulanıb.
Daha sonra “Keçmişdən gələcəyə mədəni irsimiz” mövzusunda panel müzakirəsi başlayıb. Panelə moderatorluq edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Könül Abdulrəşidova tədbirin məqsədini açıqlayaraq gənclərin bu sahəyə marağının artırılmasının önəmini qeyd edib.
Panel müzakirəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva çıxışında İçərişəhərin tarixi abidələrinin elmi əsaslarla qorunması, UNESCO Dünya İrsi Siyahısında yer almasının ölkəmiz üçün böyük nüfuz olduğunu bildirib, bu statusun qorunması üçün həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
İçərişəhər Muzey Mərkəzinin elmi katibi, əməkdar mədəniyyət işçisi Səadət Ələkbərova çıxışında ölkəmizdə fəaliyyət göstərən muzeylərin mədəni irsin qorunması və təbliğindəki rolundan danışıb. O qeyd edib ki, muzeylər yalnız eksponatların nümayiş olunduğu məkanlar deyil, eyni zamanda maarifləndirici və tərbiyəvi funksiyaları ilə cəmiyyətin, xüsusilə də gənclərin milli kimlik və tarixi dəyərlər haqqında biliklərinin formalaşmasında mühüm rol oynayır.
Tanınmış jurnalist və səyyah Azər Qərib çıxış edərək, Azərbaycanda mədəni irs nümunələrinin dünyaya tanıdılmasında medianın və fərdi təşəbbüslərin rolundan söhbət açıb. O, xüsusilə sosial şəbəkələrin gənc nəslin bu sahəyə cəlb edilməsində mühüm alət olduğunu qeyd edib.
Panel müzakirəsinin sonunda sual-cavab sessiyası təşkil olunub. Gənclər spikerlərə abidələrin bərpası prosesi, mədəni irsin beynəlxalq səviyyədə tanıdılması, könüllü fəaliyyət imkanları və bu sahədə gənclərin necə təşəbbüskar ola biləcəkləri ilə bağlı suallar ünvanlayıblar. Panelistlər suallara ətraflı cavab verərək şəxsi təcrübələrini bölüşüblər və gəncləri mədəni irsin qorunmasına daha fəal şəkildə qoşulmağa çağırıblar.
Fərid Səfərov