Menu
Xəbər Lenti
Kobaxidze Bakıdadır
18-05-2026, 09:41

Kobaxidze Bakıdadır

Vüqar Qurbanova ağır itki
18-05-2026, 09:21

Vüqar Qurbanova ağır itki

“Əl-Nəsr”dən gedir
16-05-2026, 11:14

“Əl-Nəsr”dən gedir

21 May 10:27Manşet / Gündəm

Bakıda WUF13-ün beşinci günü işinə başlayıb

 

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) beşinci günü öz işinə başlayıb.
Qaynarinfo xəbər verir ki, gün WUF13 çərçivəsində "Xeyriyyəçilik və Vətəndaş Cəmiyyəti", "Yaxın Şərq Böhranı və Onun Qlobal Mənzil və Şəhərsalma Təsirləri", Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanması: Dayanıqlı təcrübələr standartı", "Rəqəmsal Əməkdaşlıq üzrə Merlər (MDC): Açılış Assambleyası", "Cənub-Cənub və Üçbucaqlı Əməkdaşlıq Vasitəsilə Təhlükəsiz və Davamlı Şəhərlər və İcmalar Qurulması: Sürətlə Urbanizasiya Edilən Qlobal Cənub üçün İnnovativ Tərəfdaşlıqlar və Həllər" kimi mövzularda sessiyalar baş tutacaq.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Forum mayın 17-də start götürüb və 22 mayadək davam edəcək.
WUF13 Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.