“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Qazaxıstanın yeni Konstitusiyası qüvvəyə mindi

Qazaxıstanda bu gündən ölkənin yeni Konstitusiyası qüvvəyə minib.
“Qafqazinfo” xəbər verir ki, bununla da Qazaxıstanın 1995-ci il 30 avqust tarixli əvvəlki əsas qanunu qüvvədən düşüb.
Eyni zamanda, Məclis və Senatdan ibarət ikipalatalı parlamentin də səlahiyyətlərinə xitam verilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqı yeni Konstitusiyanın qüvvəyə minməsi münasibətilə təbrik edib.
Qeyd edək ki, bu ilin martın 15-də referendumla qəbul edilən Konstitusiyada bir neçə əsas yeniliklər mövcuddur. Bunlar arasında vitse-prezident vəzifəsinin təsis edilməsi, parlamentin birpalatalı olması və Kurultay adlandırılması (o, 145 deputatdan ibarət olacaq və müstəsna olaraq partiya əsasında seçiləcək), Qazaxıstanın ali məsləhətçi orqanı olan “Xalq Keneşi”nin (Xalq Şurası) yaradılması, Qazaxıstan Xalqı Assambleyasının ləğv edilməsi var.
Kurultaya seçkilər Konstitusiyanın qüvvəyə mindiyi gündən etibarən bir ay ərzində prezident tərəfindən elan edilməli və iki ay ərzində keçirilməlidir. Birinci çağırış Kurultayın ilk sessiyasının açıldığı gündən etibarən iki ay ərzində prezident Kurultayın razılığı ilə vitse-prezidenti təyin etməlidir.



















































