Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib.
“Qafqazinfo” xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər “Artemis” layihəsinin bir hissəsi olaraq Ay səthində xidmət edə, gələcəkdə yaradılacaq Ay bazasında yaşaya və Marsa təşkil olunacaq uçuşların hazırlıqlarında yaxından iştirak edə biləcəklər.
NASA rəsmiləri tapşırıqların fərdi göstəricilərə və agentliyin ehtiyaclarına görə müəyyənləşdiriləcəyini vurğulayıblar.
NASA-nın rəsmi elanına əsasən, astronavt namizədlərinə illik 164 min 395 dollar (təxminən 279 min manat) məbləğində maaş ödəniləcək ki, bu da aylıq təxminən 13 min 700 dollara bərabərdir. Qəbul olunan şəxslər Texas ştatının Hyuston şəhərində yerləşən Conson Kosmik Mərkəzində kosmosda çıxışlar, robototexnika sistemləri və uçuş əməliyyatları üzrə intensiv iki illik hazırlıq proqramı keçəcəklər.
Proqrama yalnız ABŞ vətəndaşları müraciət edə bilər. Namizədlərdən mühəndislik, biologiya, fizika, kompüter elmləri və ya riyaziyyat sahəsində magistr dərəcəsi və müvafiq sahələrdə ən azı üçillik peşəkar iş təcrübəsi tələb olunur. Müraciətlər üçün son tarix 3 dekabr 2026-cı il olaraq müəyyən edilib.






















































