Xəbər Lenti
Bugün, 07:09
AZAL təyyarəsinin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra "Kover" əməliyyatı barədə məlumat verilib
Bugün, 06:45
Yanukoviçin oğlunun şirkəti Ukraynadan oğurlanmış kömürdən milyardlar qazanır - Rusiya KİV
2-02-2025, 11:39
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2-02-2025, 10:21
Zelenski müharibənin sona çatması ilə bağlı danışıq masasında kimləri görmək istəyir?
2-02-2025, 09:21
Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinin yeni inzibati binası ilə tanış oldu
1-02-2025, 18:32
Könül Nəbizadə - Kiberhücuma məruz qalmamaq üçün şəxsi məlumatlarınızın konfidensiallığını qoruyun
1-02-2025, 17:39
“Shirvan Operating Company Ltd” Şirkəti 2 Fevral Gənclər günü münasibəti ilə tədbir keçirib.
Türkiyədə vulkan təhlükəsi varmı? - FAKTLAR
Son günlər Yunanıstanın Santorini adasında ardıcıl zəlzələlərin qeydə alınması bölgədəki vulkanların aktivləşməsi ilə bağlı narahatlıqları artırıb. Bu hadisələr Türkiyədəki vulkanların vəziyyətini və onların gələcəkdə püskürmə ehtimalını gündəmə gətirib.
Qaynarinfo xəbər verir ki, Yıldız Texniki Universitetinin professoru Şükrü Ersoy Türkiyədəki vulkanların tamamilə sönmüş olmadığını, lakin susqun, yəni potensial olaraq aktiv olduqlarını bildirib.
Türkiyədə yerləşən əsas vulkanlar bunlardır:
* Kula təpələri (Manisa)
* Karapınar sahəsi (Konya)
* Hasan dağı (Aksaray)
* Göllü dağı (Niğdə)
* Acıgöl (Nevşehir)
* Erciyes dağı (Kayseri)
* Karacadağ (Şanlıurfa)
* Nemrut dağı (Bitlis)
* Süphan dağı (Van)
* Girekol təpələri (Van)
* Tendürek dağı (Ağrı)
* Ağrı dağı (İğdır, Ağrı)
* Qars platosu (Qars)
Türkiyədə sonuncu dəfə hansı vulkanlar püskürüb?
1. Nemrut dağı (Bitlis) - 1692
2935 metr hündürlüyündə olan Nemrut vulkanı ən son 1692-ci ildə püskürüb. Beynəlxalq vulkanologiya təsnifatına görə, hazırda "yatmış, lakin yenidən püskürə biləcək” kateqoriyasına daxildir.
2. Ağrı dağı - 1840
5165 metr yüksəkliyi ilə Türkiyənin ən hündür vulkanik dağıdır. 1840-cı ildə baş verən zəlzələ zamanı kiçik miqyaslı püskürmə baş verib və piroklastik materiallar (lava, kül, toz və s.) yayılıb. O dövrdə bəzi can itkiləri qeydə alınıb.
3. Tendürek dağı (Ağrı) - 1855
Doğubayazıt və İran sərhədi yaxınlığında yerləşir. 1855-ci ildə kül və qaz püskürüb, lakin böyük bir partlayış olmayıb.
4. Hasan dağı (Aksaray) - E.ə. 6200
3268 metr hündürlüyündədir və Kapadokya bölgəsində yerləşir. Ən son eramızdan əvvəl 6200-cü ildə püskürüb və bu püskürmə dövrün insanları tərəfindən divar rəsmlərində təsvir edilib. Hazırda Aksaray Universiteti və TÜBİTAK tərəfindən 24 saat müşahidə altında saxlanılır.
5. Süphan dağı (Van) - 10.000 il əvvəl
4158 metr hündürlüyündə olub, Türkiyənin ikinci ən yüksək vulkanik dağıdır. Son püskürmə təxminən 10.000 il əvvəl baş verib.
Türkiyədə vulkan püskürməsi riski varmı?
Professor Şükrü Ersoyun fikrincə, Türkiyədəki vulkanlar tamamilə sönmüş deyil, sadəcə susqundur. Bu o deməkdir ki, müəyyən geoloji hadisələr nəticəsində yenidən aktivləşə bilərlər.
Lakin müasir seysmoloji müşahidələr göstərir ki, hazırda bu vulkanlarda ciddi bir aktivlik yoxdur. Xüsusilə Santorini adasındakı zəlzələlərin Türkiyədəki vulkanları və ya fay xətlərini tetikleməsi ehtimalı aşağıdır.
Bununla belə, elmi araşdırmalar və vulkan müşahidələri davam edir. Məsələn, Hasan dağı 24 saat ərzində sensorlarla izlənilir və bölgədə baş verən hər hansı aktivlik dərhal qeydə alınır.
Türkiyədə tarixi dövrlərdə aktiv olmuş vulkanlar var, lakin son əsrlərdə böyük bir püskürmə qeydə alınmayıb. Hazırda bu vulkanlar "susqun vulkanlar" olaraq qəbul edilir, yəni potensial olaraq aktivləşə bilərlər, lakin yaxın gələcəkdə böyük bir püskürmə gözlənilmir.
Buna baxmayaraq, alimlər vulkanların vəziyyətini daima izləyir və ehtiyac yaranarsa, erkən xəbərdarlıq sistemləri vasitəsilə tədbirlər görüləcək.
Aydın