HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Oynayaraq öyrənirik! İbtidai sinif şagirdlərinin məktəbdə fiziki fəallığının artırılması proqramı” uğurla yekunlaşıb

Xezertv.info xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Oynayaraq öyrənirik! İbtidai sinif şagirdlərinin məktəbdə fiziki fəallığının artırılması proqramı” uğurla yekunlaşıb.
Tərtər rayonu Əskipara kənd tam orta məktəbində icra edilən layihə çərçivəsində məktəbin həyətində ibtidai sinif şagirlərinin asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün oyun parkı quraşdırılıb. Park quraşdırıldıqdan sonra məktəbin şagirdləri üçün müxtəlif oyunlar təşkil edilir. Bu da şagirdlərdə tənqidi düşüncə və problem həll etmə bacarıqlarının inkişaf etməsi üçün əlavə imkan yaradır.
Qeyd edək ki, layihənin əsas məqsədi ibtidai sinifdə təhsil alan şagirdlərin məktəbə olan həvəsini artırmaq, məktəbdə fiziki fəallıqlarına dəstək olmaq və bu yolla onların akademik fəaliyyətinə müsbət yöndə təsir etmək üçün məktəbimizin həyətində oyun meydançasının qurulmasıdır.
Layihə Ləman Baratzadə tərəfindən həyata keçirilib.



























































